Yazını böyüt
Yazını kiçilt
“Zirə” futbolçusu Fuad Bayramovu Azərbaycan I Liqasında çıxış edən “ASTA Mingəçevir” klubuna icarəyə verib.
Hafta.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər Mingəçevir klubunda çıxış edəcək. O, yeni komandasında 16 nömrəli formanı geyinəcək.