"ABŞ Körfəz bölgəsindəki vəziyyətin həllinə ciddi yanaşmır"

08:48 20.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"ABŞ qüvvələrinin İran gəmilərinə qarşı təhdidləri və Vaşinqtonun Tehrana yönəlmiş məntiqsiz tələbləri ABŞ-nin Körfəz bölgəsindəki vəziyyətin həllinə ciddi yanaşmadığını göstərir".

Hafta.az xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi pakistanlı həmkarı İshaq Dar ilə telefon danışığı zamanı səsləndirib.

O bildirib ki, İran limanlarına və gəmilərinə qarşı təhdidlər, eləcə də Vaşinqtonun məntiqsiz tələbləri ABŞ-nin regional həllə sadiq olmadığını nümayiş etdirir:

“ABŞ-nin ziddiyyətli mövqeyi və atəşkəs rejimini pozması onun qeyri-səmimi niyyətlərini ortaya qoyur. Ölkəmizin “maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün bütün mövcud vasitələrdən istifadə edəcəm”.

O, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunması məqsədilə məsləhətləşmələrin davam etdiyini qeyd edib.