"Akınçı" pilotsuz aviasiya parkımızı kifayət qədər gücləndirəcək - Ekspert

14:24 12.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“12 kilometr yüksəklikdə uça bilən "Akınçı" puaları Azərbaycanın pilotsuz aviasiya parkını kifayət qədər gücləndirəcək və hərbi hava qüvvələrinin düşmənin, həm hava, həm yer qüvvələrinə qarşı effektiv mübarizə aparmasına böyük töhfələr verəcək".

Bunu hafta.az-a hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın "Akınçı" puaları alması və bu uçuş aparatlarının Azərbaycan ordusuna hansı üstünlukləri verməsi ilə bağlı açıqlamasında bildirib.

“Onlar 6 ton kütlə ilə 1500 kiloqram faydalı yük - sursat və aviyasiya bombası daşıya bilər”.

Ə.Verdiyev qeyd edib ki, bu sursatlar arasında qanadlı raketlər və hava tipli idarə olunan sursatlar da mövcuddur.
“Bu da "Akınçı"ya həm düşmənin hava hücumundan müdafiəsinin hüdudlarından kənardan hədəflərə zərbə endirməyə, həm də düşmənin hava hücum vasitələrinə qarşı müdafiə olunmağa imkan verir”.