"Avropa İttifaqı və NATO güclüləri sevir" - Pavlo Klimkin

10:40 09.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Avropa İttifaqı rəhbərliyinin Ukraynaya səfəri artıq təkcə "biz sizinləyik" deməkdən çıxaraq, "Sən bizimləsən" gerçəkliyini bəyan edir.
Hafta.az-ın yazdığına görə, bu barədə Ukraynanın keçmiş Xarici İşlər naziri Pavlo Klimkin Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin Buçaya səfərini şərh edərkən deyib. Keçmiş nazir deyib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü prosesinə iyunda start veriləcək və Ukraynaya namizəd statusunun verilməsi barədə qərar təsdiqlənəcək.
"Avropa İttifaqına üzvlük sabah və ya o biri gün baş verməyəcək, amma giriş prosesinin nəticəsi dərhal görünəcək. Avropa İttifaqı rəsmilərinin Buçaya səfəri çox vacibdir. Söhbət Ukraynanın qurban imicini yaratmaqdan deyil, qələbəmizin qiymətindən gedir. Qalib gəlmək üçün çox şeydən keçirik və bu bizi daha da güclü edir - onlar bunu hiss etməlidirlər. Avropa İttifaqı və NATO güclüləri sevir və qiymətləndirir", - P.Klimkin deyib.