"Azərişıq" əməkdaşını "tok" vurdu

22:49 04.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərişıq” ASC-nin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

 

Hafta.az xəbər verir ki, hadisə Şamaxı rayonu ərazisində baş verib.

Belə ki, 1966-cı il təvəllüdlü Dəmirov Arif Həmid oğlunu cərəyan vuraraq öldürüb.

 

Faktla bağlı araşdırma aparılır.