"Azərsilah"ın Şirvan şəhərində yerləşən zavodunda QƏZA

10:40 19.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində istehsalat qəzası baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, qəza nəticəsində xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.