Növbədən kənar prezident seçkilərinin keçirilməsi dünyada qəbul olumuş siyasi təcrübədir. Növbədənkənar seçki vaxtında keçirilən seçkilərdən heç nə ilə fərqlənmir. Vətəndaşlar siyasi iradəsini vaxtından əvvəl ifadə edəcəklər.
Bunu hafta.az-a siyasi ekspert Təyyar Yəhyayev fevralın 7-də keçirilən seçkilər və Avropadan Azərbaycana qarşı seçki ilə bağlı yönələn qərəzli iddilarla bağlı açıqamasında bildirib.
Ekspert qeyd edib ki, Seçkilər Haqqında qanunun 100-cü maddəsinə əsasən prezident 7 ilə xalq tərəfindən seçilir. Hərbi vəziyyət, müharibə davam edərsə, seçkilərin vaxtı uzana, yaxud zərurət yaranarsa seçki qabağa çəkilə bilər.
“44 günlük vətən müharibəsində zəfər qazandıq, suverenliyimizi tam bərpa etdik. Müstəqillik qazandığımız illərdən bu günə qədər suverenliyimiz bu qədər tam olmayıb. Bu gün suverenliyimizi tam qazanmışıq və növbədənkənar seçkilərin keçirilməsi zəruri idi.
Seçkilər haqqında qanuna görə Azərbaycan ərazisində 10 ildən artıq xaicdə yaşayan, seçkilərdə iştirak hüququ olan, ağır cinayətlər törətməyən, başqa dövlətlər qarşısında öhtəliyi olmayan ali təhsilli, ikili vətəndaşlığı olmayan şəxslər Azərbaycan prezidenti seçilə bilər”.
Ekspert bildirib ki, bütün namizədlər arasında ayrı-seçkilik yoxdur, təşviqat üçün ayrılmış bütün imkanlardan namizədlər bərabər şəkildə istifadə edə bilir.
T.Yəhyayev bildirib ki, bəzi qüvvələr bu prosesdə tam məğlub olacaqlarını bilib qarayaxma kampaniyasına başlayıblar. Müəyyən xarici qüvələrlə birləşib seçkidə demokratiyanın olmayacağını deyirlər. Onun sözlərinə görə, bir sıra xarici və daxili qüvvələrin seçkilərə ləkə yaxmaq istəməsi artıq qərəz, manipulyasiyadır.
Hamı bilir ki, İlham Əliyev xalqın sevimlisidir. Bu günə qədər verdiyi vədləri yerinə yetirmiş müzəffər Ali Baş komandandır. Tarixdə ilk dəfə Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş prezidentdir.
“İlham Əliyev ilk dəfə andiçmə mərasimində xalqa hansı vədləri vermişdisə, bütün sözlərin hamısı yerinə yetirilmişdi. Siyasi iradə nümayiş etdirilmiş, güclü islahatlar aparmışdır. Ona görə də İlham Əliyevin özünə inamı, xalqın siyasi dəstəyinə əminliyi, bu günə qədər dediyi hər bir sözün yerinə yetirilməsi, hamısı onun siyasi dəstəyə əminliyinin bariz nümunəsidir. Prezident özünə tam əmin olaraq bu vədləri vermişdi və bu vədləri də yerinə yetirir. Prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi islahatların daha sürətlə getməsi üçün yeni şərait yaradır. Seçkilərdən sonra başlanmış islahatlar daha sürətlə davam edəcək. Və Avropa güclərinin qərəzli davranışının heç bir təsiri olmayacaq”.