Əfqanıstandakı İslam Əmirliyi administrasiyasının xarici işlər naziri Əmir Xan Möttəki İranda yüksək edam nisbətlərinə görə ad çəkmədən Tehran administrasiyasını tənqid edib.
Hafta.az-ın yazdığına görə, İran mətbuatında yer alan xəbərlərdə deyilir ki, Möttəki ötən həftə İran hökumətinin insan haqlarını pozduğuna dair açıqlamalar verib, bu ölkədə edam cəzalarının yüksək olmasının narahatlıq doğurduğunu bildirib.
Möttəki adlarını çəkmədən İran rəsmiləri qarşısında çıxışında “Əfqanıstanda inklüziv hökumətin qurulmasını təklif edən siz, ölkənizdə belə bir hökumət varmı?” soruşub.
Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan 2023-cü ilin aprelində Özbəkistanda keçirilən birgə iclasda əfqan həmkarı Möttəkiyə demişdi: “Cənab Molla Möttəki, biz 21 aydır ki, hərtərəfli hökumətin qurulmasını gözləyirik”.
Abdullahiyanın bu açıqlamaları o vaxtlar Əfqanıstan daxilində reaksiyalara səbəb olmuşdu.
"Siz öz vətəndaşlarınızın hüquqlarını tanıyırsınız? Həbsxanalardakı məhbusların sayı edam etdiyiniz adamların sayından azdır” deyə Möttəki cavab verib. Müttəki yenə ad çəkmədən, “Ölkənizdə minlərlə insan itkin düşüb, amma heç kim bu barədə bir söz danşmır”, - əlavə edib.
İran Çindən sonra dünyada hər il ən çox edam icra edən ikinci ölkə kimi tanınır. İranda 2022-ci ildə 582 nəfər asılaraq edam edilib.