"E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimatı ilə bağlı tədbir keçirilir

12:20 24.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı tədbir keçirilir.

Hafta.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Təqdimat mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov, Mətbuat Şurasının sədri Rəşad Məcid və ölkədə fəaliyyət göstərən çap mediasının rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edirlər.

Oxunma sayı 1464
Media rubrikasından digər xəbərlər