Yazını böyüt
Yazını kiçilt
Ağcabədi rayonunda həmkəndililər arasında bıçaqlanma olub.
Trend xəbər verir ki, Ağcabədi rayonunun Salmanəyli kənd sakini Həsənov Kənan Həsən oğlu həmkəndlisi Həsənov Elməddin Bəhmən oğlu tərəfindən bıçaqlanıb. İlkin araşdırma zamanı müəyyən edilib ki, hadisə kəndin ərazisində olan "Harami düzü" adlanan sahədə baş verib.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.