"LG Electronics" Rusiyaya bütün tədarükləri dayandırır

09:38 19.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Elektronika və məişət texnikası istehsalı üzrə ixtisaslaşmış "LG Electronics" şirkəti Rusiya Federasiyasına bütün tədarükləri dayandırır.

Hafta.az-ın məlumatına görə, bu barədə şirkətin saytında deyilib.

""LG Electronics" Rusiyaya bütün tədarükləri dayandırır və vəziyyəti yaxından izləməyə davam edəcək. Biz bütün insanların sağlamlığı və təhlükəsizliyi ilə bağlı dərin narahatlıq keçiririk və "LG" humanitar yardım səylərini dəstəkləməyə sadiq qalır".