Yazını böyüt
Yazını kiçilt
"Biz media nümayəndələrinin üzərinə böyük vəzifə qoymuşuq".
Hafta.az xəbər verir ki, bu barədə seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunmuş müşavirədə çıxışı zamanı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, MSK-nın qəbul etdiyi təqvim planına, Seçki Məcəlləsinə və digər aktlara uyğun olaraq atdığı bütün addımlar media nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Sədr bildirib ki, media nümayəndələrindən çox böyük gözləntilər var:
"Heç cür mümkün deyil ki, aşağı seçki komissiyaları hamısı işinin üstəsindən yüksək səviyyədə gəlsin".