"QAnon Şamanı" FTB-dən buynuzlu dəbilqəsini geri istəyir

10:05 09.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 6-da Kapitolinin binasına basqın edən "QAnon Şamanı" kimi tanınan Cekob Çansley administrasiyadan öz imzası olan buynuzlu baş geyimini geri qaytarmağı xahiş edir.

Hafta.az-ın yazdığına görə, Çansley "Onlar bunu sübut kimi gizlədirlər. Daha məsələ bitdi, onu saxlamağa davam etmələri üçün heç bir əsas yoxdur" deyib “The Daily Beast”a.

Çansley Kapitoliyə hücumu ilə əlaqədar federal mühakimədə günahını etiraf edib və 2021-ci ilin noyabrında 41 ay həbs cəzasına məhkum edilib. Ancaq yaxşı davranış nümayiş etdirdiyi üçün o, Arizonadakı reabilitasiya mərkəzinə köçürülüb, yəni cəmi 27 ay həbsdə qalıb.

Keçmiş “tüklü üsyançı” nəşrə deyib ki, o, Konqresə basqın etmək qərarına gəlməzdən çox əvvəl titul alıb: "Mən 10 ildən çoxdur ki, belə geyinirəm".

Keçmiş qiyamçı bildirib ki, FTB-nin imzalı papağını basqından bir neçə gün sonra təslim olarkən alıb: “Maşında yanımda idi... Sadəcə götürdülər. İstintaq başa çatdıqdan az sonra anama maşını geri verdilər, lakin dəbilqə, çubuq, telefon və şalvarımı qaytarmaqdan imtina etdilər”.

Noyabrda Çansley, 2024-cü ildə vətəni Arizona ştatında Libertar olaraq Konqresə namizədliyini irəli sürməkdə maraqlı olduğunu bildirib.