"Taliban"dan qaçan 14 yaşlı QIZ AYAQLAR ALTINDA QALDI, HƏLAK OLDU

20:08 19.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstandakı ürək ağrıdan olaylarla bağlı yeni xəbərlər gəlməkdə davam edir. Bazar günü Talibanın paytaxt Kabilə girməsi ilə minlərlə insan tək çıxış qapısı sayılan hava limanına axın etmişdi. 

Hafta.az xəbər verir ki, yaşanan qarışıqlıqda 14 nəfər həyatını itirdi. Bu xaosun ən kiçik yaşlı qurbanı isə orta məktəb şagirdi Mərziyə Rəhməti olub. 14 yaşındakı əfqan qız ailəsi ilə getdiyi hava limanında həyata gözlərini yumub.

İngilis Daily Mail qəzetinin xəbərinə görə, 14 yaşlı qız əsgərlərin havaya atəş açması nəticəsində yaşanan izdihamda həyatını itirib.

Qızın 28 yaşlı xalası Zəkiyə Əhmədi bildirir ki, "dünya bizdən üz çevirdiyi üçün kiçik qız həlak oldu". Zəkiyənin sözlərinə görə, Mərziyə 9-cu sinif şagirdi idi və müəllimə olmağı arzulayırdı. Qeyd edək ki həlak olan qızın 32 yaşlı anası Fatimə də həmin qarışıqlıqda yaralanıb. Daha sonra xəstəxanadan evə buraxılıb.