"Uçan maşın"dan ANBAAN GÖRÜNTÜLƏR

16:02 10.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının mərkəzində “BYD” markalı avtomobil körpüdən aşıb.

Hafta.az xəbər verir ki, maşın Ələsgər Qayıbov küçəsindən sürətlə gələrək Heydər Əliyev prospektinin kənar yoluna düşün və beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.

Qəzaya uğrayan avtomobil “Ford” markalı maşının üstünə düşərək onu aşırıb, həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib.

Bakı Şəhər Yol Polisi İdarəsindən bildirilib ki, Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan Anar Nəcəfovun idarə etdiyi 77-UY-524 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobil idarəetməni itirərək 99-JN-288 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.