"İstanbulda müzakirə olunan təhlükəsizlik zəmanətləri yaxşıdır. Amma onun özü də "zəmanətli" olduqda daha yaxşıdır. Yalnız güc və mənəviyyatın nəyəsə zəmanət verdiyi bir dünyada yaşayırıq. Bunu göstərən və sübut edən də yeganə olaraq ukraynalılardır".
Hafta.az-ın yazdığına görə, bu sözləri ukraynalı siyasətçi, Ukraynanın keçmiş xarici işlər naziri Pavlo Klimkin deyib. O, sual verir ki, Putin rejimindən heç olmasa hansısa zəmanətə kimsə inanırmı? "Aydındır ki, heç kim. Hətta Putinin özü də. Yaxud da, bütünlüklə Qərb ölkələrinin Ukrayna üçün hər hansı formada fədakarlıq etmək iradəsinə kimsə inanır - heç kim. Buna görə də Ukraynaya zəmanət verən tarix yalnız təhlükəsizlik potensialımızı bir dəfə gücləndirəndə işə yarayacaq: xalqdan silaha", -deyib keçmiş XİN başçısı.
Cənab Klimkin deyib ki, Rusiya aktiv döyüşlərə fasilə verə bilər, amma Ukraynanı dağıtmaqdan heç vaxt imtina etməyəcək. Ukrayna özünü müdafiə edəcək qədər güclənməlidir və bu prosesdə ABŞ başda olmaqla, NATO ona yardım etməlidir. Ən azından Ukraynanı mümkün nüvə hücumundan qorumalıdır. Yalnız bu halda zəmanət məsələsi məntiqli eşidilə bilər. "Ümumiyyətlə, UKraynanın təhlükəsizliyinin ən yaxşı təminatçısı elə ukraynalılar, vətənlərini qorumaq üçün ilhamlanan çılğın insanlardir", - deyib cənab Klimkin.