12 otaqlı evdə yanğın olub

16:58 08.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gədəbəydə 12 otaqlı evdə yanğın baş verib.

FHN-dən hafta.az-a verilən xəbərə görə, rayonun Plankənd kəndində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli 12 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.