13 kq narkotiklə tutuldu

10:00 05.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı İlqar Şahbazov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, ondan 13 kiloqram heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, İ.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.