16 yaşlı oğlan anasını, böyük bacısını və qonşusunu öldürdü

13:22 27.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə, Silivridə dəhşətli cinayət qeydə alınıb. 16 yaşlı Mehmet A. anasını, bacısını və qonşusunu bıçaqlayaraq öldürüb.

Hadisə Əlibəy məhəlləsində baş verib. 16 yaşlı Mehmet A. mübahisədən sonra anası Nazlı A. və böyük bacısı Esra A.-nı bıçaqlayıb. Mehmet A. mübahisəni dağıtmaq üçün gələn qonşusu Semiha Bağı da yaralayıb.

Ana və qızı hadisə yerində, Semiha Bağ isə xəstəxanada dünyasını dəyişib. Mehmet A. nəzarətə alınarkən 3 bıçaq ələ keçirildiyi öyrənilib.