16 yaşlı qız dənizdə boğuldu

13:05 08.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində bir nəfər dənizdə (nəzarətsiz ərazi) batıb.

Hafta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2005-cı il təvəllüdlü Yaqubova Lalə Fətəli qızının meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.