17 ölkənin lideri G20 sammitində iştirakını təsdiqləyib

17:01 03.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İndoneziya bildirib ki, 17 ölkənin lideri noyabrın 15-16-da keçiriləcək G20 sammitində iştirakını təsdiqləyib.

Bu il sammitə ev sahibliyi edən İndoneziya Xarici İşlər Nazirliyinin sözçüsü Teuku Faisasia təhlükəsizlik baxımından ölkələrin adlarını çəkməkdən imtina edib.

Prezident Coko Vidodonun sammitin tarixinə yaxın bir açıqlama verəcəyi gözlənilir.

İndoneziya ilk dəfə G20-yə sədrlik edir və bütün ölkələrin iştirakında israrlıdır. Bundan əvvəl Coko Vidodo qərarını təsdiqləmək üçün iştirakını hələ təsdiq etməyən üç ölkənin liderlərinə zəng edəcəyini bildirmişdi.