18 yaşlı gənc suda boğulub

19:03 28.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunda 18 yaşlı gənc suda boğulub.

Hafta.az xəbər verir ki, hadisə rayonun Privolnye kəndində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu qardaşları ilə birlikdə kənd ərazisindəki kiçik su hövzəsində çimərkən ehtiyatsızlıq nəticəsində suda boğulub.

Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.