ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən 22 yaşlı leytenant Medison Marş Orlandoda keçirilən gözəllik müsabiqəsində “Miss America” adına layiq görülüb.
Hafta.az-ın yazdığına görə, Kolorado ştatını təmsil edən müsabiqəyə qatılan Marş ABŞ ordusunda həqiqi hərbi xidmət keçən ilk gözəllik kraliçası olub. ABŞ ştatlarını təmsil edən 51 iştirakçının qatıldığı müsabiqədə ikinci yeri Texasdan olan Elli Brüks tutub.
“Miss America 2024” üç gecə davam edən yarışlarla seçilib.
Münsiflər heyəti tədbirin əvvəlində 10 nəfəri seçdiyi halda, daha sonra ictimai səsvermə ilə seçilən daha bir nəfər onlara qoşulub. Müsabiqənin növbəti hissəsində 11 iştirakçı 4 müxtəlif bölmədə bir-biri ilə mübarizə aparıb. Bu bölmələr fiziki gözəllik, mühüm mövzuların müzakirəsi, istedad nümayişi və gecə paltarı nümayişi kimi müəyyən edilib.
Marş müzakirə bölməsində Amerikada narkotik istifadəsi ilə bağlı çıxış edərkən, istedad bölməsində 16 yaşında pilot vəsiqəsini necə aldığından bəhs edib.
5 finalçıdan “Miss America” seçilib-seçilmədiklərini soruşduqda, Marş orduya müraciətin onun öyrənməyə və ehtirasla rəhbərlik etməyə sadiqliyinin simvolu olduğunu söyləyib.
Yarışdan sonra ABŞ Hərbi Hava Qüvvələri də Marşı təbrik postu ilə çıxış edib.