27 yaşlı gənci maşın vurdu

10:24 18.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Hafta.az xəbər verir ki, 1994-cü il təvəllüdlü İlyasov Vüsal Habil oğlunu Zabrat qəsəbəsində yolu keçən zaman avtomobil vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.