3-5 yaşlı özbək uşaqlar İnstaqramda gündə 3 min dollar qazanır

12:30 18.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İnstaqram sosial şəbəkəsində uşaq bloqları getdikcə populyarlaşır. 3-5 yaşlı uşaqlar sosial şəbəkənin əsl ulduzlarına çevrilirlər. Onlar həmçinin bloglarında reklam edərək yaxşı pul qazanırlar.

Hafta.az-ın yazdığına görə, məsələn, Yasmin Zoytova, Sara və Şahzoda kimi kiçik qızlar nəinki yüz minlərlə izləyicini, hətta reklamçıların da diqqətini çəkir. Məlum olub ki, müğənni Şirin və Nadir Zoytovun qızı Yasminin 774 min abunəçisi olan səhifəsində reklam yazısının yerləşdirilməsinin qiyməti 3 min dollardır.

341 min nəfərin izlədiyi Saranın səhifəsinə 1000 dollara, Şahzodanın 193 min izləyicisi olan bloquna isə 200 dollara reklam yerləşdirmək olar.

Qızların səhifəsində Stories-də reklam yerləşdirməyin qiyməti 100-500 dollar arasında dəyişir. Onların səhifəsində gündə 2-3 belə elan görmək olar.

İnstaqramın balaca ulduzları valideynləri ilə birlikdə dünyanın bir çox ölkələrinə səyahət ediblər.