3 millət vəkili AKP-yə keçəcək

09:20 01.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə fərqli partiyalardan seçilən 3 millət vəkilinin hakim AKP-yə keçəcəyi ilə bağlı pərdəarxası xəbərlər yayılıb. Bu şəxslərin AKP-yə üzv olmağa hazır olduqları və prezident Rəcəb Tayyib Ərdoğanın təsdiq edəcəyi təqdirdə, nişanların partiyanın 23-cü ildönümünün qeyd olunacağı avqustun 14-də taxılacağı iddia edilir.

Hafta.az-ın “Sabah”a istinadən yazdığına görə, seçkilərdə Səadət Partiyası, Gələcək Partiyası və İYİ Partiyasından millət vəkili seçilən ən azı üç nəfərə AKP-nin nişanı avqustun 14-də veriləcək.

AKP 23-cü ildönümünü avqustun 14-də keçiriləcək mərasimlərlə qeyd etməyə hazırlaşır. Bayram tədbirləri çərçivəsində 81 əyalətdə eyni vaxtda mərasimlər keçiriləcək.

Bu mərasimlərdə 3 millət vəkili ilə yanaşı bəzi bələdiyyə başçılarının da AKP-yə qoşula biləcəyi xəbərləri yayılıb.