30 ölkədən gələn dünya səyyahları Şuşada

12:30 24.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“NomadMania” səyyah klubunun təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan dünya səyyahları Füzulidən sonra Şuşa şəhərinə gəliblər.

Hafta.az xəbər verir ki, dünyanın 30 ölkəsindən olan səyyahlar Şuşanın əsrarəngiz təbiəti, tarixi məkanları və burada aparılan quruculuq işləri ilə tanış olacaqlar.

Dünyanın 30 ölkəsini təmsil edən nüfuzlu beynəlxalq səyahətçilərin qrup rəhbəri dünyaşöhrətli səyyah, “NomadMania” klubunun təsisçisi Hari Mitsidisdir. Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.

Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.