Mourinyo Vinisiusun "Real"dan ayrılmasına qarşı çıxıb

11:23 26.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu barədə "The Telegraph" qəzeti məlumat verir.

Portuqaliyalı menecer "Los Blancos" rəhbərliyinə braziliyalı oyunçunu saxlamaq istədiyini bildirib. Daha əvvəl "Arsenal"ın Vinisiusla maraqlandığı bildirilirdi. Braziliyalı oyunçunun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Hücumçu 2018-ci ilin yayından "Los Blancos"da çıxış edir. Ötən mövsüm Vinisius bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 140 milyon avrodur.