Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində növbəti idman zonası iyulun 25-də Ağdaşda istifadəyə verilib.
Hafta.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Sağlam məhəllə”də minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, həmçinin açıq havada istifadə üçün trenajor qurğuları quraşdırılıb.
Açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edib.
Qeyd edək ki, ölkənin müxtəlif şəhər və rayonlarında indiyədək ümumilikdə 26 “Sağlam məhəllə” layihəsi icra olunub.