Ehtiyatda olan polkovnik-leytenant vəfat ETDİ

10:35 25.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili Qoşunların sıralarında xidmət yolu keçmiş, müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Soltan Mahmudov Gəncə şəhərində vəfat edib.

Hafta.az
xəbər verir ki, bu barədə "Qarabağ Qaziləri" Birliyindən bildirilib.

​Soltan Mahmudov Daxili Qoşunlarda müxtəlif məsul vəzifələrdə, o cümlədən hərbi hissə komandirinin texniki hissə üzrə müavini kimi xidmət edib.

Mərhumla vida mərasimi 25 iyul tarixində Gəncə şəhərində keçiriləcək.

Allah rəhmət eləsin.