Yazını böyüt
Yazını kiçilt
Türkiyəli aktrisa Afra Saraçoğlu şəxsi həyatı ilə gündəmə gəlib.
Hafta.az xəbər verir ki, son olaraq "A.B.İ." serialında rol alan sənətçi sevgilisi Poyraz Yosmaoğlu ilə birlikdə kameralara tuş gəlib.
Məlumata görə, cütlük gecəni birlikdə keçirdikdən sonra geri qayıdarkən görüntülənib. Poyraz Yosmaoğlu aktrisanı evinə yola salarkən jurnalistlərin obyektivinə düşüb.
Kameralara tuş gələn Afra Saraçoğlu qısa müddətlik təəccüb yaşayıb və üzünü gizlətməyə çalışıb. Aktrisa jurnalistlərə "Dostlar, sonra danışarıq" sözlərini deyərək ərazidən uzaqlaşıb./axşam/