Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
***
Biləcəri qəsəbəsində açıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq ərazidə, otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.