Azərbaycanın 4 hakimi güləş üzrə dünya çempionatında

11:28 25.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib.

Azərbaycan Güləş Federasiyasından hafta.az-a verilən məlumata görə, bir həftə Milli Gimnastika Arenasında davam edəcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaq.

Ümumilikdə dünya çempionatında görüşləri 68 hakim idarə edəcək.