Venesuelada zəlzələ qurbanlarının sayı artır

09:17 25.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 5 546 nəfərə çatıb.

Bu barədə respublikanın Milli Assambleyasının sədri Xorxe Rodriqes öz "Telegram" kanalında məlumat verib.

Onun tərəfindən yayımlanan gündəlik hökumət hesabatına əsasən, 16 740 nəfər yaralanıb, 17 907 sakin isə evsiz qalıb. 190 bina tamamilə dağılıb, daha 856-sı ciddi zədələnib.

Axtarış-xilasetmə əməliyyatı zamanı 6 462 nəfəri xilas etmək mümkün olub. 47 942 zərərçəkmiş tibbi yardım alıb, 128 324 ailəyə yardım göstərilib. Müvəqqəti düşərgələrdə 23 811 nəfər yerləşdirilib, zərərçəkənlərə 10 977,336 ton ərzaq çatdırılıb.

Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb. Təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra ötən günlər ərzində 1 000-dən çox afterşok qeydə alınıb.