Enerji kəsintisinə görə Bakı-Tbilisi qatarı yolda qalıb

16:08 25.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

Hafta.az bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib

Bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Məlumata görə, qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

Qeyd edək ki, iyulun 24-də gecə və iyulun 25-də səhər saatlarında Gürcüstanda kütləvi elektrik kəsintisi baş verib.