Avtoyuma məntəqəsində “BMW” yanıb

14:05 25.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Hafta.az bu barədə FHN-ə istinadən bildirir.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtoyuma məntəqəsinin daxilində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək obyektə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb.

Avtoyuma məntəqəsi yanğından mühafizə olunub.