Kiyev bölgəsindəki təlim poliqonuna Rusiyanın raket zərbəsindən sonra tədbirin təşkilatçısı saxlanılıb.
Hafta.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğunun yaydığı məlumatda qeyd olunub.
Məlumatda bildirilib ki, ən yaxın sığınacaq təxminən 100 metr aralıda olsa da, 300-dən çox insan açıq ərazidə toplaşıb. İstintaq tədbirin təşkilatçılarının düşmənə hücumun hazırlanmasında kömək edib-etmədiyini araşdırır.
Təşkilatçıya vəzifə səhlənkarlığı şübhəsi barədə məlumat verilib. Müstəntiqlər, həmçinin vəzifəli şəxslərin, hüquq-mühafizə orqanlarının və hərbi komandanlığın hərəkətlərini araşdırırlar.
Məlum olub ki, tədbirin yeri və vaxtı barədə sorğu 9 gün əvvəl göndərilibmiş.
Xatırladaq ki, Rusiya ordusunun Kiyev vilayəti ərazisində keçirilən kütləvi tədbirə endirdiyi raket zərbələri nəticəsində 10 nəfər həlak olub, 100 nəfər yaralanıb.