Yazını böyüt
Yazını kiçilt
Abşeron Olimpiya İdman Kompleksində keçirilən Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyası üzrə ilk mükafatçılar müəyyənləşib.
Azərbaycan Cüdo Federasiyasından hafta.az-a verilən məlumata görə, yarışın ilk günündə oğlanlar arasında beş, qızlar arasında isə iki çəki dərəcəsində qaliblər bəlli olub.
Qeyd edək ki, beynəlxalq turnirdə 10 ölkədən 81 klubu təmsil edən 289 cüdoçu U-14 və U-16 yaş kateqoriyalarında mübarizə aparır.