Boks millimiz Türkiyəyə yollanıb

15:55 25.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qız boksçulardan ibarət Azərbaycan milli komandaları Türkiyəyə yollanıblar.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, yığmalarımız iyulun 25-dən avqustun 4-dək Kastamonuda təlim-məşq toplanışında olacaqlar. Məşqçilər korpusu hazırlığa 2 yaş kateqoriyası üzrə 10 boksçunu cəlb ediblər.

Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış U-17 və U-19 üzrə Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır.

Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.