"Neftçi"nin qadınlardan ibarət komandası mübarizəni dayandırdı

22:03 25.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Neftçi” qadın futbolçular arasında UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə 2-ci oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Siyasət Əsgərovun komandası 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gəlib. 

Yunanıstanın Veria şəhərində təşkil olunan oyun PAOK-un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə PAOK 2-ci təsnifat mərhələsinə yüksəlib. “Neftçi” isə mübarizəni dayandırıb.

Qeyd edək ki, "Neftçi" ilk görüşdə Monteneqronun “Buduçnost” komandasına 4:3 hesabı ilə qalib gəlmişdi.

PAOK (Yunanıstan) - "Neftçi" (Azərbaycan) - 3:0