32 nömrəli avtobusun yolu dəyişir

23:39 18.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə hafta.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Məhdudiyyətlə əlaqədar 32 nömrəli müntəzəm avtobus marşrutunun hərəkəti Nəcəfqulu Rəfiyev küçəsi, Babək prospekti, Sədi Musayev, Rəşid Bağırov və Oqtay Vəliyev küçələri ilə təşkil ediləcək.