32 yaşlı kişi yüksək dozalı narkotikdən ölüb

13:56 25.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda 32 yaşlı kişi yüksək dozalı narkotikdən ölüb.

Hafta.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Səməd Vurğun küçəsi 45 ünvanında baş verib.

1991-ci il təvəllüdlü Xəlifə Oruc oğlu Abdullayev narkotik vasitəni artıq dozada istifadə edərək komatoz vəziyyətə düşüb. Halı pisləşən X.Abdullayev hadisə yerində ölüb.

Fakt araşdırılır.