35 yaşa qədər gənclərə ev almaq üçün kirayə yardımı veriləcək

13:00 22.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada hökumət evlənmək istəyən evsiz gənclərə kirayə dəstəyi verməyi planlaşdırır.

Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, dövlət 35 yaşdan kiçik gənclər üçün kirayə haqqının yarısını ödəməyi planlaşdırır. Bununla belə, proqramdan yararlanmaq istəyən gənclərdən ipoteka ilə mənzil almaq üçün pul yığmaları tələb olunur.

Tikinti Nazirliyindən qəzetə verilən açıqlamaya görə, proqram çərçivəsində hər il 310 min nəfərə kirayə dəstəyi veriləcəyi nəzərdə tutulur.

Nazirlik rəsmiləri 23-27 yaş arası, işə yeni başlayan və ailə qurmağı planlaşdıran gəncləri hədəf qrup kimi müəyyənləşdirdiklərini açıqlayıblar.

Proqramda iştirak edən gənclər hökumətdən aldıqları kirayə dəstəyi müqabilində ipoteka kreditinin ilkin ödənişini etmək üçün pul yığmalıdırlar.