35 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs tutulub

10:50 29.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan hafta.az-a bildirilib ki, araşdırmalarla 1986-cı il təvəllüdlü Elşən Abdulovun Kürdəmir rayonunun Şilyan kəndində yerləşən yaşadığı evdə 1990-cı il təvəllüdlü Samirə Abdulovanı bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elşən Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.