İrana qarşı daha böyük əməliyyatlar ola bilər - Tramp

20:15 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp İrana qarşı əsas döyüş əməliyyatlarını, o cümlədən "Epik Qəzəb Əməliyyatı" zamanı həyata keçirilənlərdən daha böyük zərbələri yenidən başlatmağı ciddi şəkildə nəzərdən keçirir.

Hafta.az xəbər verir ki, bu barədə o, “Axios”a müsahibəsində deyib.

Donald Tramp belə bir qərarın nəticələri olacağını bildirib və hələlik tam qərar vermədiyini vurğulayıb.

“Mən böyük bir hücumu düşünürəm. Əvvəlkindən daha böyük. Qərar verməyə yaxınam. Hamımız buna hazırıq", - deyə o bildirib.

ABŞ Prezidenti İsraildən xahiş edəcəyi təqdirdə müharibəyə qoşulacağını desə də, əlavə edib ki, İrana qarşı yeni bir əməliyyat başlatmaq üçün heç kimə ehtiyacı yoxdur.