Sabah bütün müavinətlər ödəniləcək

17:11 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının iyulun 24-də ödənilməsi nəzərdə tutulub.

Hafta.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

"Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq", - deyə məlumatda bildirilib.