4 futbol klubumuz zərərdən mənfəətə keçib

14:59 02.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın futbol çempionatının ən yüksək liqasında çıxış edən komandaların maliyyə vəziyyətində dəyişikliklər hiss olunur.

Hafta.az xəbər verir ki, ölkənin 4 futbol klubu 2023-cü ildə zərərlə işlədikləri halda, 2024-cü ildə mənfəətə keçiblər. Bunlar «Qarabağ», «Kəpəz», «Sumqayıt» və «Araz Naxçıvan»dır.

Ağdam klubu 2023-cü ildə rekuor həddə – 1 milyon 782 min manat zərər etsə də, 2024-cü ildə 876 min manat mənfəətə keçməyi bacarıb.

Gəncənin «Kəpəz» komandası da sponsorluq məsələlərini həll etdikdən sonra mənfətə keçib. Klub 2023-cü ildəki 171 min manatlıq zərərə qarşı, 2024-cü ildə 219 min manat mənfəət əldə edib.

«Sumqayıt» klubu isə 2023-cü ildəki 167 min manatləq zərəri 2024-cü ildə 86 min manat mənfəət çevirə bilib.

«Araz Naxçıvan»da mənfəət-zərər rəqəmləri hələlik simvolk səviyyədədir. Naxçıvan komandası 2023-cü ildə 479 manat xalis zərərin əvəzinə 2024-cü ildə 268 manat mənfəət əldə edib. /fed.az/