Yazını böyüt
Yazını kiçilt
İran ordusu Hörmüz boğazının cənub hissəsindən keçən dəniz marşrutlarından birini minalayıb.
Hafta.az xəbər verir ki, bu barədə İranın IRIB telekanalı ölkənin hərbi komandanlığına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, İran ordusunun bəyanatında Hörmüz boğazından keçən minalanmış cənub yolunun "məhvə aparan yol" olduğu vurğulanıb.
Hərbi komandanlıq, həmçinin xəbərdarlıq edib ki, ABŞ ordusu İranın mülki infrastrukturuna hücum edəcəyi təqdirdə, Tehran Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinin iqtisadi obyektlərinə, o cümlədən elektrik stansiyalarına və neft-qaz infrastrukturuna zərbələr endirməyə hazırdır.