Yazını böyüt
Yazını kiçilt
Rusiya Silahlı Qüvvələri Qara dəniz akvatoriyasında və Çernomorsk limanında Ukrayna ordusunun istifadə etdiyi dörd quru yük gəmisinə və bir balkerə (dökmə yük gəmisi) zərbələr endirib.
Hafta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda hücumlar zamanı "Geran-4 Seeker" tipli pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunduğu bildirilir.
Açıqlamada hədəflərin vurulduğunu əks etdirən obyektiv nəzarət kadrları da yer alıb.