Yazını böyüt
Yazını kiçilt
Hindistanda 5 yaşlı qız uşağının mədəsindən yarım kiloqramdan artıq tük çıxarılıb.
Hafta.az Daily Mirror nəşrinə istinadla bildirir ki, Rapunzel sindromundan əziyyət çəkən qızı mədəsində ağrılardan şikayət edəndən sonra əməliyyata götürüblər.
Valideynlərinin sözlərinə görə, övladları 2 yaşından saçlarını yeməyə başlayıb. Bununla mübarizə aparmaq üçün hətta uşağın başını tamamilə qırxıblar. Lakin bu dəfə də o, ətrafdakıların saçını yeməyə başlayıb.
Həkim Vivek Bxadunun sözlərinə görə, saçları yemək sindromu daha çox psixi pozğunluqla bağlıdır. Qeyd edək ki, Rapunzel sindromu çox nadir görünən xəstəlikdir. 1968-ci ildən bəri dünyada cəmi 64 bu cür hal aşkarlanıb.